Zelenski əsirlərin “hamını hamıya” prinsipi ilə dəyişdirilməsini təklif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski əsirləri “hamını hamıya” prinsipi ilə dəyişməyə hazır olduğunu açıqlayıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, o, bunu G20 sammitinə videomüraciətində bildirib.
Onun sözlərinə görə, bu siyahıya Rusiya ərazisinə gedən mülki şəxslər və Kiyevin “köçkün” adlandırdığı uşaqlar da daxil edilməlidir.
Qeyd edək ki, Ukrayna və Rusiya arasında məhbusların mübadiləsi tərəflərin əvvəlcədən razılaşdırdıqları siyahılar üzrə həyata keçirilir.
Danışıqlar prosesini xeyli ləngidən Azov döyüşçülərinin mübadiləsidir. Çünki bu batalyonu Putin Rusiya Federasiyasında qadağan olunmuş terror təşkilatı elan edib.
Tunar Altunbay