G20-də prezidentlərdən birinin halı pisləşdi

 12:07 15.11.2022     132

Argentina prezidenti Alberto Fernandes Balidə keçirilən G20 sammitində özünü pis hiss edib.

Redaktor.az xəbər verir ki, bu haqda prezidentin mətbuat katibinin Tvitterdəki səhifəsində bildirilib:
"Bu gün Argentina prezidenti Alberto Anxel Fernandesin qan təzyiqi aşağı düşüb və başı gicəllənib. Buna görə də onun sağlamlığını qorumaq və fəsadların qarşısını almaq üçün lazımi diaqnostik testlərin keçirilməsi qərara alınıb".

Məlumata görə, prezident sammitin əvvəlindəki çıxışından bir neçə dəqiqə öncə xəstələnib. Qeyd edilib ki, onun səhhətinin pisləşməsinə istilik vurması səbəb ola bilər.

Noyabrın 15-16-da İndoneziyanın Bali adasında G20 sammiti keçirilir.