Ərdoğan Baydenlə görüşdü

Balidə keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidentləri Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Co Bayden arasında görüş başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin dəftərxanasından jurnalistlərə məlumat verilib.
"İndoneziyada Baydenlə görüş başlayıb", - deyə ofisdən bildirilib.
Jurnalistlərə o da deyilib ki, bu gün Ərdoğan MİKTA qrupunun liderləri (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliya) ilə də görüşüb, daha sonra görüş iştirakçıları ilə birgə şəkil çəkdirilib.
Tunar Altunbay