Ukraynada daha 710 işğalçı MƏHV EDİLDİ
Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 82080 (+710) nəfər canlı qüvvəsi, 2861 (+13) tank, 5773 (+25) zirehli döyüş maşını, 1850 (+11) artilleriya sistemi, 393 (+0) reaktiv yaylım atəşi sistemi, 208 (+2) hava hücumundan müdafiə sistemi, 278 (+0) təyyarə, 261 (+0) helikopter, 1511 (+2) PUA, 399 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4351 (+35) avtomobil texnikası və avtosistern, 160 (+0) xüsusi texnikası məhv edilib.
T.İSMAYIL













