Ermənistanda hərbçilər arasında atışma olub
Ermənistan ordusunun hərbçisi xidmət yoldaşının açdığı atəş nəticəsində həlak olub.
Redaktor.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Qeyd olunur ki, noyabrın 15-də hərbi hissələrin birində baş verən hadisə zamanı 2002-ci il təvəllüdlü Vaqe Ovsepyan hərbçi yoldaşının açdığı atəş nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Həmidə İbrahimova












