Ruslar Kiyevi raket atəşinə tutdu

Bu gün, noyabrın 15-də Kiyevdə iki partlayış qeydə alınıb və Rusiyanın 4 raketi vurulub.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko bildirib.
"İlkin məlumatlara görə, Peçerski rayonunda iki yaşayış binası vurulub. Bir neçə raket Kiyev səmasında hava hücumundan müdafiəni vurub. Həkimlər və xilasedicilər vurulan yerdədir" - deyən şəhər meri kiyevliləri sığınacaqlarda qalmağa çağırıb.
Bildirilib ki, ölənlər və xəsarət alanlar barədə məlumatlar dəqiqləşdirilir.
T.İSMAYIL