İranda türkmənlərin həbsi və təqibi artıb

 18:05 15.11.2022     335

Son həftələr onlarla türkmən fəal həbs edilib və təhlükəsizlik idarələrinə çağrılıb.

Redaktor.az "Azad İran" teleqram kanalına istinadla bildirir ki, İranın türkmənlər yaşayan Gülüstan (Türkmənsəhra) əyalətində onlarla fəal həbs edilib.

Türkmən fəallarının sözlərinə görə, saxlanılan türkmən fəallardan 30 nəfərinin kimliyini dəqiqləşdirmək mümkün olub.

Məhkəmə orqanları Həmid Turani, Mehriban Sulaq, Nasir Təvəssüli, Hənif Fruzeş və başqa bu kimi fəalların saxlanılma və ittihamları barədə dəqiq məlumat verməkdən imtina edirlər.

Tunar Altunbay