Ukraynada döyüşən rusiyalı deputat MƏHV EDİLDİ
Ukraynanın Xerson vilayətində Rusiyanın Udmurtiya Respublikasının Votkinsk Dumasının deputatı Ruslan Şaymərdanov məhv edilib.
Redaktor.az xəbər verir ki, bu barədə "InformNapalm"ın həmtəsisçisi İrakli Komaxidze məlumat verib.
Onun sözlərinə görə, Şaymərdanov Ukraynaya oktyabrın ortalarında gəlib. Onun “könüllü” olduğu iddia edilir.
"Şaymərdanov həm də "Desantçı" uşaq hərbi klubunun rəhbəri idi. Oktyabrın ortalarında Ruslan Şaymərdanovun başçılığı ilə bir klubun qrup təlimatçısı döyüş bölgəsinə yollanıb. Onlar müharibəyə könüllü gediblər və evlərindən təxminən 2000 km məsafədə döyüşdə ölülbər",- Komaxidze deyib.
Tunar Altunbay














