Kiyevə raket zərbələri davam edir - Paytaxtın işığı kəsildi

Ukraynanın paytaxtı Kiyevdə Rusiya ordusunun kütləvi raket hücumu səbəbindən elektrik enerjisi təcili olaraq kəsilib.
Redaktor.az bu barədə UNİAN-a istinadla xəbər verir.
Qeyd edək ki, bu gün, noyabrın 15-də Kiyevdə iki partlayış qeydə alınıb və Rusiyanın 4 raketi vurulub.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Rusiya yenidən Ukraynanın paytaxtına hücum edib.
"İlkin məlumatlara görə, Peçerski rayonunda iki yaşayış binası vurulub. Bir neçə raket Kiyev səmasında hava hücumundan müdafiəni vurub. Həkimlər və xilasedicilər vurulan yerdədir. Ətraflı məlumat tezliklə veriləcək", - Kliçko yazıb.
Daha sonra Kliçko Peçersk bölgəsində daha bir zərbə olduğunu bildirib. "Hündürmərtəbəli binaya zərbə dəyib. İndi Kiyevdə hava hücumu davam edir. Gizlənməkdə qalın!" - deyə şəhər meri kiyevlilərə səslənib.
T.İSMAYIL