Rusiya Kiyevə 100 raket atdı
Rusiya bu gün Kiyevə 100-ə yaxın raket atıb.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat milli telemarafonun efirində deyib. Onun sözlərinə görə, işğalçılar oktyabrın 10-dakı "rekord"u təzələyib. Həmin gün Kiyevə 80 raket atılıb.
"Bəli, bu, kütləvi raket zərbəsidir. Bəli, əsas hədəfləri infrastruktur obyektlərdir. Lakin gördüyünüz kimi onlarla yaşayış binası raketlə vurulub"", - o deyib.
İqnat onu da əlavə edib ki, Rusiyanın strateji təyyarələri "Kh-101" və "Kh-555" raketlərindən istifadə edib.
Tunar Altunbay












