Rusiyanın 73 qanadlı raketi, 10 PUA-sı VURULDU
Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyaya qarşı irimiqyaslı zərbələr nəticəsində düşmənin 90-dan çox qanadlı raketindən 73-ü, həmçinin İranın 10 pilotsuz təyyarəsini vurub.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, Hərbi Hava Qüvvələri Komandanlığının verdiyi məlumata görə, işğalçılar Ukraynaya hava və dəniz bazalarından qanadlı raketlərlə hücum ediblər.
Kütləvi raket buraxılışına Rusiya 14 Tu-95 strateji təyyarəsi, Rusiya Qara Dəniz Donanmasının gəmiləri və İranın Şahed-136/131 kamikadze dronları cəlb edib.
“Ümumilikdə 90-dan çox raket atılıb: Xəzər dənizinin şimalından və Volqodonsk vilayətindən (Rostov vilayəti) təxminən 70 Kh-101/Kh-555 havadan buraxılan qanadlı raketlər, həmçinin 20-yə yaxın “Kalibr” dəniz raketi, Qara dənizdən gələn raketlər və 10 kamikadze pilotsuz uçan aparat".
İlkin məlumatlara görə, hava hücumundan müdafiə qüvvələri düşmənin 73 qanadlı raketini və 10 kamikadze pilotsuz təyyarəsinin hamısını məhv edib.
Hərbçilər vurğulayırlar ki, düşmən Ukraynanın mühüm infrastrukturuna qarşı yüksək dəqiqlikli silahlardan istifadə etməkdə davam edir. Raket hücumları nəticəsində yaşayış binalarına da ziyan dəyib.
T.İSMAYIL












