Rusiya Ukraynanı işıqsız qoydu

 00:27 16.11.2022     153

Ukraynada Rusiyanın raket zərbələri nəticəsində 15 energetika obyekti zədələnib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko bildirib.

Onun sözlərinə görə, Rusiyanın hücumları nəticəsində 7 milyondan çox abonent işıqsız qalıb.

Timoşenko, həmçinin vurğulayıb ki, Ukraynaya 90-dan çox raket atılıb, ölkənin hava hücumundan müdafiə sistemləri 70 raketi vurub.

Qeyd edək ki, Ukraynanın bütün regionlarında elektrik enerjisinin fövqəladə kəsilməsi başlayıb.