Rusiyadan Polşaya raket atılması barədə AÇIQLAMA

 00:41 16.11.2022     311

Rusiya tərəfi Polşa ərazisinə raket düşməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

"Polşa KİV-lərinin və rəsmilərinin Rusiya raketlərinin Prjevoduv ərazisinə düşməsi ilə bağlı açıqlamaları məqsədli təxribatdır”, - açıqlamada deyilir.

Xatırladaq ki, Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.