İstanbulda yenə partlayış oldu - FOTO
İstanbulda avtomobildə partlayış olub.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, hadisə şəhərin Fatih səmtində qeydə alınıb.
Avtomobildə başlayan yanğın digər nəqliyyat vasitələrinə də keçib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Onlar alovun qarşısını alıblar.
Qeyd edək ki, bir neçə gün öncə İstanbulda terrorçu qadının törətdiyi partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
















