Ərdoğandan terrorçulara XƏBƏRDARLIQ

 09:42 16.11.2022     139

“Terror təhdidini yox etmək strategiyamızı davam etdirəcəyik”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, rəsmi Ankara terrorçulara qarşı mübarizəni davam etdirəcək.

“Nə edirlərsə etsinlər, kimin arxasına gizlənirlərsə gizlənsinlər, terrorçular onları gözləyən ağır aqibətdən yaxa qurtara bilməyəcəklər. Regionumuzun və ölkəmizin gələcəyində terrorun heç bir növünə yer yoxdur”, - Türkiyə lideri vurğulayıb.

Qeyd edək ki, R.T.Ərdoğan “G20” ölkələrinin İndoneziyanın Bali adasında keçirilən IX sammitində iştirak edir.