Polşaya raket Ukraynadan atılıb - ABŞ

 10:24 16.11.2022     154

Ötən gecə Polşa ərazisinə düşən raket, ilkin məlumatlara görə, Ukrayna hərbçiləri tərəfindən Rusiya raketini vurmaq üçün buraxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Associated Press” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

"İlkin məlumatlar göstərir ki, Polşanı vuran raket Ukrayna qüvvələri tərəfindən yaxınlaşan Rusiya raketinə atılıb", - agentliyin açıqlamasında deyilir.

Dünən axşam saatlarında Polşanın Ukrayna ilə sərhədindəki kəndə raket atılıb və 2 dinc sakin həlak olub.

ABŞ-dan verilən yeni açıqlamada raketin Kiyevin Rusiya raketlərini vurmaq üçün atdığı raketlərdən biri olduğu bildirilib.