Blinken Paşinyana sülh danışıqları ilə bağlı çağırış etdi

 10:35 16.11.2022     148

ABŞ-ın dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycanla sülh danışıqlarındakı dinamikanı saxlamağa çağırıb.

Redaktor.az xəbər verir ki, Blinken bu barədə özünün Tvitter səhifəsində yazıb.

“Mən baş nazir Paşinyanı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirilən sülh danışıqlarındakı dinamikanı saxlamağa çağırdım. Birləşmiş Ştatlar bu səylərə sadiq qalır”, - Blinken qeyd edib.

Noyabrın 15-də Nikol Paşinyan Entoni Blinkenlə telefon danışığı aparıb. Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, xüsusilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirilən görüşü və ondan sonra aparılan üçtərəfli danışıqları müzakirə ediblər. Həmsöhbətlər regionda təhlükəsizlik və sabitliyin səviyyəsinin artırılmasına, o cümlədən humanitar məsələlərin həllinə yönəlmiş addımların müzakirəsini davam etdirməyə razılaşıblar.