Dünya liderlərinin toplaşdığı ölkədə güclü ZƏLZƏLƏ

 10:55 16.11.2022     330

İndoneziyada 6 bal gücündə zəlzələ olub.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar ölkənin Sumatra adasının sahillərində qeydə alınıb.

Dağıntı və insan tələfatının olub-olmaması barədə hələ ki məlumat verilməyib.

Xatırladaq ki, İndoneziyanın Bali adasında G20 liderlərinin IX Zirvə Görüşü keçirilir.

Vumart və Güvən reklamı Vumart Güvən