İranın sifarişi ilə Tbilisidə qətli planlaşdırılan şəxsin adı AÇIQLANDI

 14:59 16.11.2022     109

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı bölməsi olan “Əl-Qüds”ün israilli iş adamı, Gürcüstan-İsrail Biznes Palatasının prezidenti İtzik Moşeyə qarşı sui-qəsd hazırladığı məlum olub.

Redaktor.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbə deyib.

Bundan əlavə, iş adamı haqqında məlumat toplamaq üçün Tbilisiyə gələn Pakistandan olan bir qrup muzdlu qatilin “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəsinin olduğu bildirilir.

İsrailin kəşfiyyat orqanları İranın Moşeyə qarşı sui-qəsd hazırdığı barədə Gürcüstan tərəfini məlumatlandırıb.

İsrailin Tbilisidəki səfiri Adas Meysad sui-qəsdin qarşısını aldığı üçün Gürcüstanın xüsusi xidmət orqanlarına və hökumətinə təşəkkür edib.

“Biz bir daha şahidi olduq ki, İran təkcə Yaxın Şərqdə deyil, bütün dünyada, indi də burada, dinc Gürcüstanda terror aktları törətmək cəhdlərini davam etdirir”, - səfir yazıb.

Xatırladaq ki, dünən Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti İsrail vətəndaşının xaricdən sifariş edilən qətlinin qarşısının alındığını açıqlayıb(report.az).