“Rusiyanın NATO-ya hücum etməsinə dair heç bir əlamət görmürük” - Stoltenberq

 16:20 16.11.2022     298

“NATO Rusiyanın ona hücum etməyi planlaşdırdığına dair heç bir əlamət görmür”.

Redaktor.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Şurasının iclasından sonra bildirib.

O deyib ki, ilkin məlumatalara görə, bu hadisə Ukraynaya aid hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində baş verib.

“Amma, bu, Ukraynanın günahı deyil. Əsl günahkar Rusiyadır”, - Baş katib söyləyib.

O deyib ki, NATO ölkələri sakitliyi qoruyacaq və Polşadakı hadisə ilə bağlı təmasları davam etdirəcək.

Baş katib vurğulayıb ki, Rusiya bu mənasız müharibəni dayandırmalıdır:

“NATO ölkələri həmrəydir. Bütün müttəfiqlərimizi qorumağa davam edəcəyik”.

Vumart və Güvən reklamı Vumart Güvən