"Raket atəşi qəsdən açılmayıb" - Polşa Prezidenti

 17:06 16.11.2022     383

"Ukrayna ilə qərb sərhədi yaxınlığındakı raket zərbəsi qəsdən hücum əlaməti deyil".

Redaktor.az BBC-yə istinadla xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda deyib. 

Bundan öncə ABŞ prezidenti Co Bayden isə bildirib ki, raketin Rusiyadan atılması ehtimalı azdır.

Qeyd edək ki, hadisə nəticəsində iki nəfər mülkü şəxs həlak olub. 

Nərmin VÜQARQIZI