Adnan Oktara 8658 il həbs cəzası verildi
Türkiyədə “Adnan hoca” kimi tanınan Adnan Oktara 8 658 il həbs cəzası verilib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, onunla bağlı bu gün məhkəmədə yekun qərar çıxarılıb.
Məhkəmənin hökmünə görə, Adnan Oktar müştəşəkkil cinayətkar dəstə rəhbəri kimi ümumilikdə 8 658 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, o şəxsi cinayətlərinə görə 891 il həbs cəzası alıb.












