Çexiya 4 min Ukrayna hərbçisinə təlim keçəcək

Çexiya gələn il 4000-ə qədər ukraynalı hərbçiyə təlim keçməyi planlaşdırır.
Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Çexiyanın müdafiə naziri Jana Çernoxova məlumat verib.
Təlim beş dəfə dörd həftəlik mərhələdə keçiriləcək və hər birində 800-ə qədər hərbçi iştirak edəcək və bunun üçün 975 milyon kron (41,60 milyon dollar) xərclənəcək.
Çernoxova bildirib ki, Ukrayna əsasən mexanikləşdirilmiş batalyonların, həmçinin həkimlərin, mühəndis-kimya qoşunlarının hazırlanmasına maraq göstərib.
Çexiya 55 hərbçini təlimatçı kimi göndərəcək.