Xersonda yerli polis binası partladıldı - VİDEO

 23:20 16.11.2022     306

Xersondan qaçan rus işğalçıları Ukrayna Silahlı Qüvvələrinə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına çoxlu xoşagəlməz “hədiyyələr” qoyublar. Onlardan biri də Xerson vilayətinin Baş Polis İdarəsinin minalanmış binasıdır. Başqa variant olmadığı üçün binanı partlatmaq lazım gəlib.

Redaktor.az xəbər verir ki, bu məlumatı Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko öz rəsmi Facebook səhifəsində paylaşıb. O, partlayışdan sonra qalan binanın xarabalıqları ilə video yayımlayıb.

"Rus işğalçıları otaqdakı partlayıcıları yaxşı maskalayıblar. Partlayışın qarşısını almaq mümkün olmayıb.

Partlayış zamanı heç kim xəsarət almayıb. Əsas odur. Biz divarları yenidən tikəcəyik", - Klimenko yazıb. .

Milli Polis rəisi onu da bildirib ki, Xerson vilayətinin sağ sahili hissəsi işğaldan azad ediləndən bəri hüquq-mühafizə orqanlarının istehkamçıları rayonda 400 hektar əraziyə baxış keçiriblər. Onlar 4 mindən çox partlayıcı aşkar ediblər.

Onun sözlərinə görə, vətəndaşların azad edilmiş yaşayış məntəqələrinə evlərinə qayıtması hələ tezdir.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən