"Putin mənimlə birbaşa danışıqlar aparmaq istəyir" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Qərb tərəfdaşları ilə əlaqə saxlayarkən Rusiya prezidenti Vladimir Putinin birbaşa danışıqlar aparmaq istədiyinə dair siqnallar alıb.
Redaktor.az xəbər verir ki, bu barərə Ukrayna Prezidenti yerli jurnalistlərə özü bildirib.
"Mən siqnallar aldım ki... Putin birbaşa danışıqlar aparmaq istəyir. Mən ictimai forma təklif etdim, çünki Rusiya ictimai müharibə aparır", - Prezident deyib.
O, həmçinin Kiyevdə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə görüşdüyünü təsdiqləyib və əlavə edib ki, amerikalı qonaq Rusiyanın kütləvi raket hücumu zamanı paytaxtda gizlənib.
Tunar Altunbay