Ukrayna Prezidenti: "Müharibənin nə vaxt bitəcəyini bilmirik"

 23:46 16.11.2022     256

Ukrayna prezidenti Volodimir Zelenski müharibə ilə bağlı kəşfiyyat proqnozlarını şərh edərkən qeyd edib ki, o, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanovu dinləməyi sevir.

Redaktor.az xəbər verir ki, bu barədə Zelenski Ukrayna mediası ilə söhbəti zamanı qeyd edib. Onun sözlərinə görə, hələlik nə Ukrayna, nə də xarici kəşfiyyat xidmətləri müharibənin bitmə vaxtı ilə bağlı suala cavab verməyib.

“Mən Budanovu dinləməyi çox sevirəm... Biz başa düşürük ki, düşmənin mövqeyi, onun vəziyyəti ilə bağlı kəşfiyyat nəticələri var və onların nə vaxt zəiflədiyinə dair bir anlayış var və bunun nəticəsində müəyyən nəticələr əldə etmək mümkün olur"”, - Prezident bildirib.

Bununla belə, Zelenskinin sözlərinə görə, İran və Rusiya arasında pilotsuz təyyarələrin və raketlərin tədarükünə dair müqavilənin bağlanması kimi bəzən gözlənilməz hadisələr baş verir ki, nəticələrə mənfi təsir edir, .

"Buna görə də, bunlar bizi fərqli münasibət göstərməyə və müharibə aparmaq taktikasını və strategiyasını dəyişdirməyə vadar edən mürəkkəb şeylərdir. Çünki resursumuz məhduddur və biz müharibəni uzatmağa maraqlı deyilik. Bəli, çox çətin və çoxları üçün təəssüf ki, ölümcüldür. Çünki bu müharibənin nə vaxt bitəcəyini bilmirik",-deyə o əlavə edib.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən