Ramzan Kadırov beynəlxalq axtarışa verildi

 23:50 16.11.2022     265

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib.

Redaktor.az "news.ru"ya istinadla xəbər verir ki, Təhlükəsizlik Xidmətinin məlumatına görə, Kadırov “ibtidai istintaqdan gizlənən şəxslər” siyahısındadır.

Eyni zamanda o, Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə, həmçinin təcavüzkar müharibə aparmaqda şübhəli bilinir.

Xatırladaq ki, bir müddət əvvəl Kadırov Limanda rus qoşunlarının məğlubiyyətindən sonra Ukraynaya qarşı “məhdud güclü nüvə silahlarından” istifadə etməyə çağırmışdı.

Kadırovun sözlərinə görə, onun əsgərləri müharibə başa çatsa belə, Ukrayna ərazisini tərk etməyəcəklər.

 

Vumart və Güvən reklamı Vumart Güvən