İstanbulda daha bir PARTLAYIŞ - VİDEO

 23:54 16.11.2022     268

Çərşənbə günü Türkiyənin şimal-qərbində, İstanbul şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində azı 10 nəfər xəsarət alıb.

Redaktor.az "Haber Global"a istinadla xəbər verir ki, Fatih rayonunda qazma işləri zamanı saat 21:00 radələrində partlayış baş verib.

Partlayışın ilkin səbəbinin qaz sızması olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları və tibb işçiləri göndərilib.