ABŞ Nümayəndələr Palatasına nəzarəti respublikaçılar ələ keçirəcəklər

 08:49 17.11.2022     84

ABŞ-ın Respublikaçılar Partiyası Konqresin Nümayəndələr Palatasında çoxluğu əldə etmək üçün lazım olan 218 yeri əldə edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu NBC telekanalının çərşənbə günü dərc etdiyi proqnoz göstərir.

Məlumata görə, indi Respublikaçılar Nümayəndələr Palatasındakı 435 yerdən 221-ni əldə ediblər. Demokratlar indiyədək Konqresin aşağı palatasında 214 yer əldə ediblər.

Telekanalın qeyd etdiyi kimi, təxminən səkkiz yerdə qeyri-müəyyənlik qalır - Kolorado və Kaliforniya ştatlarının dörd əyalətində hesablamalar davam edir. Vaşinqton, Arizona, Alyaska və Nyu Yorkdakı seçki dairələrində nəticələr qeyri-müəyyən olaraq qalır.

Nümayəndələr Palatasına nəzarətin Respublikaçılar Partiyasına keçəcəyini CNN, "Fox News" və CBS də proqnozlaşdırır.

Xatırladaq ki, ABŞ-da aralıq seçkiləri noyabrın 8-də keçirilib. Əksər media və rəy sorğuları onların inamlı qələbəsini proqnozlaşdırsa da, respublikaçılar mülayim nəticələr göstəriblər.

Səslərin hesablanması davam edir.