Avropadakı rus casus şəbəkəsi ağır zərbə alıb

 11:14 17.11.2022     230

Ukrayna ilə müharibə müasir tarixdə xaricdəki rus kəşfiyyat ən ağır zərbəni vurub.

Redaktor.az BBC-yə istinadla xəbər verir ki, bunu Britaniya əks-kəşfiyyatının "MI5"in rəhbəri Ken Makkallum deyib.

Onun sözlərinə görə, Britaniya hələ uzun illər Rusiyanın təcavüzünə hazır olmalıdır.

Böyük Britaniyanın üzləşdiyi təhdidlərə dair illik hesabatda əks-kəşfiyyat rəhbəri bildirib ki, Rusiya səfirliyinin 600-dən çox əməkdaşı bütün dünyada qovulub və  onlardan 400-dən çoxunun casus olduğu dəqiqdir.

“Bu, Avropanın yaxın tarixində Rusiya kəşfiyyatına ən strateji zərbəsidir”, - Makkallum qeyd edib.

Mİ5 rəhbəri əlavə edib ki, diplomatik pərdə altında işləyən 23 rusiyalı casus təkcə Böyük Britaniyadan qovulub.

Tunar Altunbay