"Taxıl sazişi"nin müddəti uzadılır

 11:33 17.11.2022     193

"Taxıl sazişi"nin müddəti daha 120 gün uzadılır.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov açıqlama verib.

Onun sözlərinə görə, BMT və Türkiyə “taxıl təşəbbüsü”nün həyata keçirilməsinin qarantı olaraq qalıb.

"Biz limanlarımızın bütün mövcud ixrac potensialından istifadə etməliyik ki, dünya tez bir zamanda lazımi miqdarda ərzaq alsın", - deyə nazir qeyd edib. 

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən