Ukraynada öldürülən Zambiyalı məhbusunun ailəsi Rusiyadan izahat tələb edir

 11:47 17.11.2022     282

Ukraynada gedən müharibədə həlak olan Zambiyadan olan 23 yaşlı məhbusun ailəsi Rusiyadan izahat tələb edib.

Redaktor.az UNİAN-a ostonadla xəbər verir ki, bir neçə il əvvəl Zambiyadan Rusiyaya oxumağa gedən Lemehani Nyirendan sonradan həbsə düşüb. Onun Ukraynadakı müharibədə ölməsini ailəsinə Rusiya tərəfi izah edə bilməyib. 

Lemehani Nyirendanın bacısı BBC-yə müsahibəsində onun cəbhəyə göndərilməsindən yaxınlarının xəbəri olmadığını deyib. Muzanqalu Nyirenda bildirib ki, bir gəncin xarici ölkədəki müharibədə həlak olması həddən artıq suallar doğurur. Ailəsi əmindir ki, Lemehani müharibəyə könüllü deyil, məcburən göndərilib. 

Xarici işlər naziri Stenli Kakubo isə mətbuata verdiyi açıqlamada qeyd edib ki, Zambiya vətəndaşının Ukraynaya müharibəyə göndərilməsi və orada ölməsi ilə bağlı Rusiyadan izahat tələb edib.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən