İranın pilotsuz təyyarələri Kiyev dənizi üzərində VURULDU

İranın pilotsuz təyyarələri Kiyev su anbarı (Kiyev dənizi) üzərində vurulub.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, su anbarının üzərində iki ədəd “Şahed” PUA-sı vurulub.
Xatırladaq ki, noyabrın 17-də səhər saatlarında Kiyevdə, Kiyev vilayətində və bir sıra rayonlarda hava həyəcanı elan edilib.
Nərmin VÜQARQIZI