Haaqa məhkəməsi sərnişin təyyarəsinin Rusiya raketi ilə vurulduğunu TƏSDİQLƏDİ

 17:49 17.11.2022     461

Malayziya Hava Yollarına məxsus MH17 reysi 2014-cü ildə Ukraynanın şərqində, o vaxtlar "DXR" yaraqlılarının nəzarəti altında olan Pervomaysk yaxınlığındakı sahədən atılan Rusiya istehsalı olan raketlə vurulub.

Redaktor.az "reuters"ə istinadla xəbər verir ki, bu qənaətə noyabrın 17-də təyyarə qəzasında şübhəli bilinən dörd nəfərin işinə baxan Hollandiya məhkəməsi gəlib.

"Məhkəmə hesab edir ki, MH17 "Buk" raketi ilə Pervomaysk yaxınlığındakı kənd təsərrüfatı sahəsindən vurulub, nəticədə 283 sərnişin və 15 ekipaj üzvü həlak olub", - Haaqa məhkəməsinin hakimi Hendrik Stenhuis deyib.

Sergey Dubinski, Oleq Pulatov, Leonid Xarçenko və artıq tanınmış FTB zabiti İqor Strelkov-Qirkin mülki təyyarəni vurmaqda ittiham olunurlar.

Məhkəmə həmçinin etiraf edib ki, təyyarə vurulan zaman qondarma “DXR”in ərazisi Rusiya tərəfindən idarə olunub.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən