İranda polis generalı etirazçılar tərəfindən qətlə yetirildi

İranda polis generalı etirazçılar tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Redaktor.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Sənəndəc şəhərində baş verib. Polis generalı Həsən Yusifi bıçaq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun xəstəxanada öldüyü bildirilib.
Faktla bağlı cinayət işi başlanıb. Qətli törədən şəxslərin axtarışı davam edir (apa).