Ərdoğandan "Taxıl sazişi" ilə bağlı AÇIQLAMA

 18:41 17.11.2022     152

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalanan taxıl müqaviləsinin 120 gün müddətinə uzadılacağını təsdiqləyib.

"BMT, Türkiyə, Rusiya və Ukraynanın qəbul etdiyi qərardan sonra Qara dəniz dəhlizi ilə bağlı razılaşma 2022-ci il noyabrın 19-dan 120 gün müddətinə uzadılacaq", -  deyə Türkiyə lideri Twitter-də yazıb.

Ərdoğan BMT baş katibi Antonio Quterreşə, Rusiya Rrezidenti Vladimir Putinə və Ukrayna lideri Vladimir Zelenskiyə təşəbbüsün genişləndirilməsində göstərdikləri səylərə görə təşəkkür edib. 

Nərmin VÜQARQIZI