Belarus mərmi istehsalı üçün İrana üz tutur
Belarus top artilleriya və reaktiv yaylım atəşi sistemləri üçün mərmi istehsalı təşkil etməyi planlaşdırır.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib.
"Belarus hakimiyyəti ölkədə 152 mm və 122 mm kalibrli mərmilər üçün komponentlərin istehsalını qurmaq və gələcəkdə sursat istehsalının qapalı dövrünə keçmək imkanlarını axtarır", - məlumatda deyilir.
"Bununla əlaqədar noyabrın 20-23-də Belarus nümayəndə heyətinin İrana səfəri planlaşdırılır. İran tərəfi ilə müzakirə olunacaq məsələlərin siyahısına sursat komponentləri üçün poladın əridilməsi texnologiyasından tutmuş mərmilərin rənglənməsinə qədər və qablaşdırma üçün istifadə edilən qablar aiddir”.
T.İSMAYIL












