Varşava Polşa ərazisinə düşən raketin Ukrayna tərəfindən atıldığını bəyan etdi

 19:39 17.11.2022     338

Noyabrın 15-də Polşa ərazisinə düşən raket Ukrayna Silahlı Qüvvələri tərəfindən buraxılıb. Bunu NATO, ABŞ və Polşanın topladığı sübutlar göstərir.

Redaktor.az xəbər verir ki, bunu Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Jacek Severa Polşanın RMF FM radiosuna deyib:

“Sübutlar göstərir ki, biz Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan S-300 raketi ilə vurulmuşuq".

Eyni zamanda o, Ukrayna Prezidenti Volodimir Zelenskinin faciəvi insidentdə Ukrayna ordusunun iştirakını inkar etməsini normal adlandırıb.

"Prezident Zelenski müharibə şəraitində olan bir ölkəni təmsil edir. Hücumlar və hava hücumundan istifadə baxımından ən çətin olan müharibədir. Belə şəraitdə dövlət başçısı tərəfindən dövləti qorumaq baxımından bəzi fərziyyələrin açıq və aydın görünməsi normaldır" - Severa izah edib.

Xatırladaq ki, noyabrın 15-də Ukrayna sərhədi yaxınlığında Polşa ərazisinə iki raket düşüb, iki nəfər həlak olub. Hadisə Rusiyanın Ukrayna şəhərlərinə raket hücumu zamanı baş verib.

Polşa prezidenti Anjey Dudanın sözlərinə görə, o, dərhal bildirib ki, raketi kimin buraxdığına dair heç bir inandırıcı sübut yoxdur. NATO isə Ukraynanın hava hücumundan müdafiə sistemindən bir raketin Polşa ərazisinə düşə biləcəyini irəli sürüb.

Eyni zamanda, Polşa, ABŞ və NATO istənilən halda məsuliyyətin Moskvanın üzərinə düşdüyünü bildirib.

T.İSMAYIL