Kəşfiyyat ruslara işləyən ukraynalı deputatı həbs etdi - FOTO

 19:44 17.11.2022     430

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Milli Polisi qadağan olunmuş müxalif Həyat Naminə Partiyasının Xerson təşkilatınınn işğalçılarla əməkdaşlıq edən üzvünü saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

"Adam könüllü olaraq "raşist"lərlə əməkdaşlıq edib və işğal olunan Xersondakı separatçı rejimin polisində vəzifə tutub. Orada o, iqtisadi cinayətlərə qarşı mübarizə şöbəsinin əməkdaşı kimi  yerli sahibkarları qorxudaraq külli miqdarda vəsaitlərini mənimsəyib və onları Rusiya Federasiyasının büdcəsinə vergi ödəməyə məcbur edib ",- deyə SBU-nun mətbuat xidmətindən bildirilib.

Məlumatda həmin adamın Xersonun ruslar tərəfindən işğalından əvvəl yerli hökumətin deputatı olduğu qeyd olunub.

Tunar Altunbay

 

 

 

Vumart və Güvən reklamı Vumart Güvən