"Ailəsi icazə versin biz gətirək" - Ərdoğan

Türkiyə prezidenti R.T.Ərdoğan İndoneziyaya səfərinin sonunda jurnalistlərin suallarını cavablandırıb.
Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, Ərdoğan kürd əsilli türk müğənnisi Əhməd Qayanın Parisdəki məzarının Türkiyə gətirilməsi ilə bağlı təklifdən danışıb.
Belə ki, Türkiyə lideri müğənninin ailəsinin müsbət qərar verəcəyi təqdirdə, onun məzarının ölkəyə gətirilmə məsələsinin hələ də qüvvədə olduğunu bildirib.
"Türkiyədə dəfn etmək üçün Fransadan nəşini gətirtmək istəyirdim. Ailəsi müsbət yanaşmadığına görə bu iş alınmadı. Yoxsa o da bu torpağın adamıdır. O gecə ona edilənləri unuda bilmərik. Bağışlayın, bəziləri “niyə belə deyirsiniz” deyə əsəbiləşir. Bəs o gecə nə etdin? Nə dedilər? Sizə bir daha rəhmət diləyirik. Ancaq transplantasiya təklifimiz hələ də gündəmdədir. Bu təklifi dəyərləndirərək, ona uyğun addım atıla bilər. Çünki onu Fransada Türkiyədəki kimi sevə bilməzlər”.
Tunar Altunbay