Çin lideri Kanadanın baş nazirini danladı - VİDEO

 21:30 17.11.2022     455

G20 sammitində Çin lideri Si Cinpin Kanadanın baş naziri Castin Trüdonu məxfi məlumatların yayılmasına görə danlayıb.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki,  Çin liderinin tərcüməçisinin kanadalı siyasətçiyə “müzakirə olunan hər şey qəzetlərə sızdırılıb, bu, yersizdir” dediyi video yayılıb.

“Əgər səmimiyyət olarsa, biz qarşılıqlı hörmətlə yaxşı ünsiyyət qura bilərik, əks halda nəticəni müəyyən etmək asan olmayacaq”, - Si Cinpin bildirib.

Çinin Xarici İşlər Nazirliyi məlumatı təkzib edib.

"Qeyd etdiyiniz video həqiqətən də G20 sammiti zamanı hər iki lider arasında qısa söhbət idi. Bu normaldır. Düşünürəm ki, bunu prezident Si-nin tənqidi və ya ittihamı kimi şərh etmək lazım deyil", - Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib.

Çin diplomatının sözlərinə görə, bu, təhlükə deyil, çünki liderlər “normal” fikir mübadiləsi aparırdılar və sadəcə olaraq “mövqelərini bildiriblər”.

Qeyd edək ki, Kanada hökumətindəki anonim mənbə jurnalistlərə bildirib ki, Trüdo  Kanada mediasının 2019-cu ildə keçiriləcək parlament seçkilərində Çinin namizədləri gizli şəkildə maliyyələşdirdiyinə dair narahatlığını dilə gətirib. Kanadanın Global News-a istinadən verdiyi məlumata görə, Kanada kəşfiyyat orqanları yanvar ayında Trüdoya Pekinin 11 namizədə pul verdiyini, lakin adı açıqlanmadığını bildirib.

Təbii ki, onun kanadalı siyasətçi ilə şəxsi söhbətinin ictimailəşməsi Çin prezidentinin xoşuna gəlməyib.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən