Putin ukraynalıların Rusiya ordusunda hərbi xidmətini qanuniləşdirməyə hazırlaşır
"2023-cü ilin yazından etibarən müvəqqəti işğal olunmuş ərazilərdə yaşayan və Rusiya Federasiyası vətəndaşı pasportu almış Ukrayna vətəndaşlarının hərbi xidmətə çağırışının leqallaşdırılmasını nəzərdə tutan qanun layihəsi hazırlanırr"
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
Məlumatda o da qeyd olunur ki, işğal olunmuş ərazilərdəki həbsxanalarda cəza çəkən 650-yə yaxın məhbus Rusiya Federasiyasının islah müəssisələrinə göndərilib.
Nərmin Vüqarqızı












