İsrail və ABŞ müdafiə nazirləri İran təhlükəsini müzakirə etdi

 22:58 17.11.2022     113

İsrailin müdafiə naziri Benni Qants amerikalı həmkarı Lloyd Ostin ilə telefon danışığı zamanı İrandan gələn təhlükə barədə danışıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qants vurğulayıb ki, İran xüsusilə son dövrlərdə özünün strateji qlobal və regional təhlükə olduğunu sübut edib, bu baxımdan belə bir çağırış qarşısında əməkdaşlığın gücləndirilməsi daha vacibdir.