Lukaşenko jurnalistlərə kartof hədiyyə etdi - FOTO

 09:05 18.11.2022     128

Belarus Prezidenti Aleksandr Lukaşenko prezident redaksiyasının media işçilərinin hər birinə bir kisə kartof hədiyyə edib.

Redaktor.az xəbər verir ki, bu barədə belaruslu jurnalist İqor Tur öz “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, bu hədiyyə kartoflar Lukaşenkonun şəxsi sifarişi ilə jurnalistlərə təhvil verilib.

Jurnalist prezidentin adından ona göndərilən kartof kisəsinin fotolarını paylaşıb.

Həmidə İbrahimova