Şimali Koreyanın atdığı raket ABŞ-a çata bilər

 09:33 18.11.2022     294

Şimali Koreyanın atdığı raket ABŞ-a çata bilərdi. İlkin məlumatlara görə, raket maksimum 6000 kilometr yüksəklikdə təxminən 1000 kilometr uçub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Yaponiyanın müdafiə naziri Yasukazu Hamada jurnalistlərə açıqlamasında Şimali Koreyanın cümə günü buraxılan qitələrarası ballistik raketi təxminən 15 min kilometr məsafə qət edərək öz normal trayektoriyası ilə ABŞ kontinentalına çata biləcəyini deyib.

Müdafiə nazirinin sözlərinə görə, raket maksimum 6 min kilometr yüksəklikdə təxminən 1000 kilometr uçub. Təxminən 69 dəqiqə havada olub və Hokkaydonun şimal prefekturasına aid olan Oşima-Oşima adasından 200 kilometr qərbdə, Yaponiyanın məxsus iqtisadi zonada yerə düşüb.

Həmidə İbrahimova