Rusiyanın Ukraynadakı itkiləri daha da ARTDI

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 83460 (+ 350) nəfər canlı qüvvəsi, 2879 (+1) tank, 5808 (+4) zirehli döyüş maşını, 1865 (+5) artilleriya sistemi, 393 (+0) reaktiv yaylım atəşi sistemi, 209 (+0) hava hücumundan müdafiə sistemi, 278 (+0) təyyarə, 261 (+0) helikopter, 1536 (+5) PUA, 480 (+6) qanadlı raket, 16 (+0) gəmi, 4366 (+4) avtomobil texnikası və avtosistern, 161 (+1) xüsusi texnikası məhv edilib.
Məlumata görə, Rusiya ordusu ötən gün ən böyük itkisini Lyman və Avdiyivka istiqamətlərində verib.
T.İSMAYIL
