Ərdoğan bu gün Putinlə ikinci dəfə danışacaq

 14:04 18.11.2022     267

Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb və günorta saatlarında daha bir beynəlxalq danışıq nəzərdə tutulub.

Redaktor.az-ın TASS-a istinadla məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Prezident Putinin Türkiyə prezidenti Ərdoğanla artıq telefon danışığı olub. Yaxın vaxtlarda bu məsələ ilə bağlı ənənəvi mesajımızı dərc edəcəyik", - o deyib.

Peskov həmçinin qeyd edib ki, günortadan sonra daha bir beynəlxalq söhbət olacaq.

Türkiyə prezidentinin ofisinin yaydığı məlumatda isə bildirilir ki, danışıqlar zamanı regional məsələlər, xüsusilə Türkiyə ilə Rusiya arasında münasibətlər və taxıl dəhlizi ətrafında vəziyyətin inkişafı müzakirə edilib:

" Prezident Ərdoğan taxıl ixracına dair İstanbul sazişinin müddətinin 120 gün uzadılması ilə bağlı konstruktiv mövqeyinə görə Rusiya prezidenti Putinə təşəkkür edib".

Turan İSMAYIL