Zaxarova ATƏT missiyasını Ukrayna ordusuna koordinant ötürməkdə ittiham etdi
"ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyası Qərb kəşfiyyatının maraqları üçün həssas məlumatlar toplayıb".
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ukraynada ATƏT-in Xüsusi Monitorinq Missiyası əməkdaşlarının qanunsuz fəaliyyəti ilə bağlı cümə günü yayılan şərhində deyilir.
"Məlum olub ki, müşahidəçilər Ukrayna hərbçilərinə atəşi tənzimləmək və texnikanın hərəkətini aşkar etmək üçün Xüsusi Monitorinq Missiyası müşahidə kameralarından məlumatları, həmçinin "LXR" və "DXR" xalq milislərinin şəxsi heyətinin mövqelərini təqdim ediblər. Missiya Ukrayna Silahlı Qüvvələrinin istehkam işləri, Qərb kəşfiyyatının maraqlarına uyğun olaraq həssas məlumatların toplanması ilə məşğul idi”, - şərhdə deyilir.
Zaxarova bildirib ki, Ukraynadakı missiyanın işində aşkar edilmiş çatışmazlıqlar hərtərəfli təhlil tələb edir.
"2022-ci il aprelin 1-də mandatını itirmiş Xüsusi Monitorinq Missiyasının işində aşkar edilmiş nöqsanlar hərtərəfli təhlil tələb edir. Bütövlükdə ATƏT-in işində "ikili standartlar" və onları mümkün edən təhriflərə vicdanlı yanaşma lazımdır" - mesajda deyilir.
T.İSMAYIL












