Putin Ermənistana gedəcək

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də İrəvanda keçiriləcək sammitində şəxsən iştirak edəcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının gələn həftə üçün iş qrafiki ilə bağlı sualı cavablandırarkən bildirib.
"KTMT sammiti üçün Ermənistana səfər olacaq", - Kremlin sözçüsü deyib.
T.İSMAYIL