Boris Conson ABŞ-da bir çıxışa görə 329 min dollar aldı

 15:00 18.11.2022     494

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ-da sığorta agentləri qarşısında etdiyi çıxışa görə 276 min funt sterlinq (329 min dollar) qazanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ-da olan keçmiş baş nazir Kolorado Sprinqs də Sığorta Agentləri və Brokerləri Şurasının konfransında çıxış edib, daha sonra qeyri-rəsmi görüşdə iştirak edib. Təyyarə biletləri və Johnsonun ABŞ-a 13.7 min dollarlıq ezamiyyət xərcini təxminən amerikalı iş adamı Rupert Murdok ödəyib.

2019-cu ildə Conson xarici işlər naziri postunu tərk etdikdən sonra (2016-2019) Hindistanda etdiyi çıxışa görə 122,900 funt sterlinq (146,000 dollar) alıb. Bundan əvvəl o, The Daily Telegraph qəzetinin köşə yazarı kimi hər il 275.000 funt sterlinq (328.500 dollar) qazanırdı.

Conson natiqlikdən böyük pul qazanan ilk siyasətçi deyil. Böyük Britaniyanın keçmiş baş naziri (1997-2007) Toni Bleyer, ABŞ-ın keçmiş prezidentləri Bill Klinton və Barak Obama çıxışları, məruzələri və mühazirələri ilə çıxış edərək dəfələrlə bir neçə yüz min dollara qədər qonorar alıb.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən